Ermənistan Türkiyə ilə danışıqlara hazır olduqlarını açıqladı


Ermənistan Türkiyə ilə münasibətləri tədricən normallaşdırmağa, həmçinin iki ölkə nümayəndələrinin görüşlərini ən yüksək səviyyədə təşkil etməyə hazırdır.
Yeniavaz.com
“TASS”a istinadla xəbər verir ki, bu barədə Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan hökumətdə keçirdiyi brifinqdə deyib.
"Artıq bütün bölgədə sülhün qurulmasının zəruriliyindən bəhs etmişik. Bu kontekstdə Türkiyə ilə münasibətləri tənzimləməliyik, proses tədricən başlamalıdır. Əminik ki, bu əlaqələri həll etməyin yollarından biri görüşlərdir”, - katib bildirib.
Ermənistan Təhlükəsizlik Şurasının katibi həmçinin əlavə edib ki, Türkiyə ilə münasibətlərin tənzimlənməsi zamanı qondarma respublikanın statusu məsələsi gündəmə gəlməyəcək.

DİGƏR XƏBƏRLƏR

Top