"Yeni Klinika": "Elnur Əşrəfoğlunun vəziyyəti ağır-sabitdir"


Koronavirusa yoluxan tanınmış jurnalist Elnur Əşrəfoğlunun son durumu açıqlanıb.

"Yeni Klinika"dan Yeniavaz.com-a bildirilib ki, jurnalistin vəziyyəti ağır-sabitdir.
"Vəziyyətində dəyişiklik yoxdur",- xəstəxanadan bildirilib.
Qeyd edək ki, E.Əşrəfoğlu sentyabrın əvvəllərində koronavirusa yoluxub. Əvvəlcə ev şəraitində müalicə alan jurnalist daha sonra "Yeni Klinika"ya köçürülüb.

DİGƏR XƏBƏRLƏR

Top