Kəlbəcərə icazəsiz keçmək istəyən saxlanıldı - FOTO


Sentyabrın 17-də Göygöl Rayon Polis Şöbəsinin əməkdaşları işğaldan azad edilmiş Kəlbəcər rayonuna müvafiq icazə olmadan getmək istəyən rayonun Toğanalı kənd sakini Zaman Verdiyevi saxlayıblar.

Bu barədə Yeniavaz.com-a DİN-in Mətbuat Xidmətinin Gəncə şəhərindəki regional qrupunun baş inspektoru, polis baş leytenantı Eşqin Qasımov bildirib. 
Onun sözlərinə görə, Z. Verdiyev polis şöbəsinə dəvət olunub, profilaktiki söhbətlər aparılaraq mina və partlayıcı vasitələrin onun həyatı üçün təhlükə doğura biləcəyi barədə xəbərdarlıq edilib.
Məhkəmənin qərarı ilə Z. Verdiyev barəsində inzibati tənbeh tədbiri görülüb.

DİGƏR XƏBƏRLƏR

Top