Yaxın vaxtlarda çəyirtkədən hazırlanan konfetlər satışa çıxarılacaq


İsrailin “Hargol” qida texnologiyası firmasının müdiri Dror Tamir nənəsindən eşitdiyi çəyirtkələr haqqında hekayələrdən ilham alaraq böcəkləri yeməli hala gətirməyə qərar verib.

Yeniavaz.com xarici KİV-ə istinadən xəbər verir ki, ildə 400 milyon çəyirtkə yetişdirən Tamir, onlardan konfet hazırlamaq qərarına gəlib. Çəyirtkələr qoz, göbələk, qəhvə və şokolad kimi qidalarla dadlandırılacaq. Araşdırmada böcəklərdən alınan zülalın süd zülalı qədər faydalı olduğu açıqlanıb.
Qeyd edək ki, ət istehsalı ilə müqayisədə çəyirtkə istehsalı əkin sahələrinin istifadəsini 1500 dəfə azaldır.

DİGƏR XƏBƏRLƏR

Top