Dövlət Agentliyi 65 ədəd təcili tibbi yardım avtomobili alır


“İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi” publik hüquqi şəxs yeni müasir tibbi avadanlıq kompleksləri ilə təchiz olunan 65 ədəd təcili tibbi yardım avtomobillərinin satın alınması məqsədilə açıq tender elan edib.

Yeniavaz.com xəbər verir ki, malgöndərənlərə (podratçılara) təklif olunur ki, öz tender təkliflərini möhürlənmiş, imzalanmış şəkildə ikiqat zərflərdə yazılı surətdə təqdim etsinlər.
Tenderdə iştirak etmək istəyən malgöndərənlər (podratçılar) 500 manat məbləğdə iştirak haqqını ödədikdən sonra sənədləri Bakı şəhəri, Nəsimi rayonu, Lev Tolstoy küçəsi, 170 ünvanına təqdim edə bilərlər.

DİGƏR XƏBƏRLƏR

Top