Rusiyadakı helikopter qəzasından heç kim sağ çıxmadı - YENİLƏNİB


İtkin düşmüş "Ka-27" helikopterinin qalıqları Kamçatkada Ostroy dağının yamacında tapılıb.
Yeniavaz.com
xarici KİV-ə istinadla xəbər verir ki, ilkin məlumata görə, qəza yerinin havadan yoxlanılmasından sonra sağ qalanların olmadığı haqqında məlumat yayılıb. Helikopterdə üç nəfərin olduğu ehtimal olunur.
Qeyd edək ki, axtarışa bölgənin aviasiya xidməti cəlb edilib.

***11:40
Ötən gün Kamçatkada radardan itən “Ka-27” helikopterinin qalıqları Ostroy dağının yamacında tapılıb. 
Yeniavaz.com
“TASS”a istinadən xəbər verir ki, bu barədə bölgənin aviasiya xidməti informasiya verib. Yaralı və ya ölənlərlə bağlı heç bir məlumat verilməyib. Təyyarənin qalıqları dəniz səviyyəsindən təxminən 950 metr yüksəklikdə dağın zirvəsində olub.
Təyyarənin Rusiya Federal Təhlükəsizlik Bürosuna məxsus olduğu bildirilir.

DİGƏR XƏBƏRLƏR

Top