DİN: Daşkəsəndə itkin düşən iki nəfərə məxsus paltar, çəkmə tapılıb - YENİLƏNİB


Göygöl rayonunda iyul ayında Daşkəsəndə itkin düşən iki nəfərə məxsus paltar, çəkmə və at sümükləri tapılıb.
Yeniavaz.com APA-ya istinadla xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə şəhərindəki regional qrupunun baş inspektoru, polis baş leytenantı Eşqin Qasımov bildirib.
O qeyd edib ki, bu gün səhər saatlarında rayonun minalanmış ərazidində Atın sümükləri, uşaqlardan birinin gödəkçəsi digərinin isə çəkməsi aşkarlanıb.
Hazırda hadisə yerinə ANAMA və polis əməkdaşları cəlb edilib.
Axtarışlar davam edir.

***09:18
İyul ayının 30-da itkin düşən Daşkəsən rayonunun Alaxançallı kənd sakinləri 2010-cu il təvəllüdlü İsmət Bayramov və 2000-ci il təvəllüdlü Ülfət Rüstəmovun axtarışları davam etdirilir.
Yeniavaz.com
APA-ya istinadla xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə şəhərindəki regional qrupunun baş inspektoru, polis baş leytenantı Eşqin Qasımov bildirib.
DİN rəsmisi qeyd edib ki, sözügedən şəxslərin tapılması istiqamətində Kəlbəcər rayonu ərazisində intensiv axtarış işləri həyata həyata keçirilir:
"Ehtimal olunur ki, itkin düşən şəxslər dumanlı hava şəraitində azaraq kəndlə sərhəd olan Kəlbəcər rayonu ərazisinə keçiblər. Hazırda axtarış aparılan ərazilər həddən artıq minalanmış sahələr olduğu üçün işlərin həyata keçirilməsində ləngimələr yaranır".
Qurum rəsmisi qeyd edib ki, itkin düşmüş şəxslərin tapılması üçün aidiyyatı qurumlardan əlavə Müdafiə Nazirliyinin də əməkdaşları axtarışlara cəlb olunub.
Qeyd edək ki, İsmət Bayramov və Ülfət Rüstəmov iyulun 30-da at gətirmək adı ilə kənd ərazisindəki otlaq sahəsinə gedib və bir daha geri qayıtmayıblar.
Xatırladaq ki, Daşkəsən rayonunun Alaxançallı kəndinin yuxarı hissəsi İkinci Qarabağ müharibəsindən əvvəl Ermənistanla təmas xəttində neytral zona olub.

DİGƏR XƏBƏRLƏR

Top