Əlcəzair hökuməti təxribatlar səbəbilə hava sahəsini Mərakeş təyyarələri üçün bağladığını açıqlayıb.
Yeniavaz.com xarici KİV-ə istinadla xəbər verir ki, bu barədə Əlcəzair Prezidenti Abdulməcid Tebbun yazılı açıqlama verib. O, təxribat və düşmənçilik addımları səbəbindən hava sahəsini Mərakeş təyyarələri üçün bağladığını bildirib. Qərarın bu gündən etibarən tətbiq ediləcəyi vurğulanıb.
Qeyd edək ki, Qərbi Sahara problemi uzun müddətdir ki, Mərakeş və Əlcəzair münasibətlərində gərginliyə səbəb olur.