“Pfizer-BioNTech” peyvəndinin 65 yaşdan yuxarı şəxslər üçün nəzərdə tutulmuş üçüncü dozası ABŞ tərəfindən təsdiqlənib.
Yeniavaz.com xarici KİV-ə istinadla xəbər verir ki, ABŞ Qida və Dərman İdarəsi 65 yaşdan yuxarı, xroniki xəstəlikləri olan insanlar üçün “Pfizer-BioNTech” peyvəndinin üçüncü dozasını təsdiqlədiyini açıqlayıb. Peyvəndin üçüncü dozasının ikinci dozadan altı ay sonra vurulması tövsiyə edilib.