Ərdoğan: "Paşinyandan müsbət mesajlar alırıq"


Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ-a səfəri çərçivəsində jurnalistərə müsahibəsində Ermənistanın baş nazirindən müsbət mesajlar aldıqlarını bildirib.
Yeniavaz.com 
Türkiyə mətbuatına istinadən xəbər verir ki, Türkiyə prezidenti açıqlamasında bunları deyib:
“Bizim beşlik və ya altılıq platforması adlandırdığımız əməkdaşlıq variantı var idi. Hazırda bununla bağlı Ermənistanın Baş naziri Nikol Paşinyandan müsbət mesajlar alırıq. Bu müsbət mesajlarla bərabər bu məsələdə bəzi addımlar da atacağıq”.
Ərdoğan həmçinin Türkiyə-Rusiya münasibətlərinin daha da inkişaf edəcəyini qeyd edib:
“Bölgədə sülhün yaradılması məsələsini yaxşı bir nöqtəyə qədər inkişaf etdirmək fürsəti qazanmış olacağıq. Ayın sonunda cənab Vladimir Putinlə keçirəcəyim görüşdə bunlar da müzakirə edilən məsələlər arasında yer alacaq. Bununla da, Türkiyə-Rusiya əlaqələrində daha güclü və daha fərqli dönəmə qədəm qoymuş olacağıq”.

DİGƏR XƏBƏRLƏR

Top