Rəcəb Tayyib Ərdoğan Türkiyədən Naxçıavana yeni yolun çəkiləcəyini deyib.
Yeniavaz.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan jurnalistlərə açıqlamasında qeyd edib. O bildirib ki, Türkiyənin İğdır şəhərindən Naxçıvana həm dəmiryolu, həm də avtomobil yolu çəkiləcək. Türkiyə Prezidenti Naxçıvana dəmir yolunun çəkilməsinin çox önəmli addım olacağını vurğulayıb.