Səfər Mehdiyev İsrailin ölkəmizdəki səfiri ilə görüşdü - FOTOLAR


Bu gün Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-polkovniki Səfər Mehdiyev İsrailin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Corc Dik ilə görüşüb.

DGK-dən Yeniavaz.com-a verilən məlumata görə, Səfər Mehdiyev Azərbaycanla İsrail arasında qarşılıqlı faydalı əməkdaşlıq münasibətlərinin səviyyəsindən razılığını bildirərək, bütün sahələrdə olduğu kimi, gömrük sferasında da səmərəli və işgüzar əlaqələrin qurulduğunu söyləyib.
Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində Azərbaycan Ordusunun şanlı qələbəsindən bəhs edən Komitə sədri Qarabağ münaqişəsinin sona yetməsi nəticəsində regionda yeni iqtisadi imkanların yarandığını deyib. 

DİGƏR XƏBƏRLƏR

Top