Azərbaycan və Türkiyə hökümətlərarası komissiyasının tərkibi dəyişdi - SƏRƏNCAM


“Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında iqtisadi əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiyanın Azərbaycan Respublikası tərəfindən tərkibinə dəyişiklik edilib.
Yeniavaz.com xəbər verir ki, bu, Prezident İlham Əliyevin imzaladığı sərəncamla “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında iqtisadi əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiyanın Azərbaycan Respublikası tərəfindən yeni tərkibinin təsdiq edilməsi haqqında” sərəncama edilən dəyişiklikdə əksini tapıb.
Dəyişikliyə əsasən, komissiyanın tərkibinə “Ələt azad iqtisadi zonasının səlahiyyətli qurumunun İdarə Heyətinin sədri də daxil edilib.
Xarici İşlər Nazirliyinə Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında iqtisadi əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiyanın Azərbaycan Respublikası tərəfindən tərkibinə edilən dəyişiklik barədə Türkiyə Respublikası tərəfinə müvafiq bildiriş göndərmək tapşırılıb.

DİGƏR XƏBƏRLƏR

Top