Dünyanın ən böyük aviasiya şirkətlərindən biri olan “Airbus”uçan taksi modelinin növbəti versiyasını təqdim edib.
Yeniavaz.com NTV-yə istinadən xəbər verir ki, “Airbus” tərəfindən təşkil edilən yeni uçan taksi modeli təqdim edilib. Elektrik enerjisi ilə işləyən 4 sərnişin daşımaq qabiliyyətinə malik olan uçan avtomobil 120 kilometr sürətə çata bilir. Yeni versiya sabit qanadlar və V quyruqla təchiz edilmiş taksidir. Qeyd edək ki, modelin ilk uçuşunun 2023-cü ildə həyata keçirilməsi planlaşdırılır.