ABŞ-ın yeni prezidentinə Obamanın 11 milyon izləyicisi qalacaq

ABŞ-ın növbəti prezidenti indiki dövlət başçısı Barak Obamanın “Tvitter”dəki 11 milyon izləyicisini əldə edəcək. “Yeniavaz.az”ın Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, @POTUS hesabının növbəti prezidentə rəsmi keçidi 2017-ci il yanvarn 20-də baş tutacaq. Həmin gündən etibarən səhifə 45-ci prezidentin adından aparılacaq. Bununla yanaşı B. Obamanın bütün tvitləri @POTUS44 rəsmi mikrobloquna keçiriləcək. B. Obama sosial şəbəkələrdən fəal istifadə etmiş ilk prezidentdir. Ağ evdən qeyd ediblər ki, o, “Tvitter”i olan ilk amerikalı prezidentdir, B. Obama ilk dəfə olaraq “Facebook”da onlayn yayım aparmağa və “YouTube”da vətəndaşların suallarını cavablandırmağa başlayıb.

DİGƏR XƏBƏRLƏR

Top