Elçin Babayev Abel Məhərrəmovun yaxınını çıxarıb, öz qohumunu vəzifəyə gətirib? - AÇIQLAMA


Bakı Dövlət Universitetinin rektoru Elçin Babayevin Tədrisin Təşkili və İdarə Olunması Mərkəzinin direktoru vəzifəsinə öz qohumunu təyin etməsi ilə bağlı yerli mətbuatda məlumatlar yayılıb.
Bildirilib ki, bir müddət əvvəl rektorun müvafiq əmri ilə BDU-da Tədris Departamenti və Tədris Elektron Mərkəzi birləşdirilib. Əvəzində Tədrisin Təşkili və İdarə Olunması Mərkəzi yaradılıb.
Mərkəzin direktoru vəzifəsinə BDU-da tədris hissə müdiri, rektorun qohumu Elçin Məmmədov təyin olunub. 
Tədris Departamentin və Tədris Elektron Mərkəzinə bundan əvvəl sabiq rektor Abel Məhərrəmova yaxınlığı ilə tanınan Qurbanova Məlahət Müsrət qızı rəhbərlik edib.
Yeniavaz.com oxu.az-a istinadla xəbər verir ki, BDU-nun mətbuat xidmətindən sözügedən mərkəzin 2019-cu ildə yaradıldığı bildirilib:
“Elçin Məmmədov 2000-ci ildən BDU-da çalışır, laborant, baş laborant, müəllim, sektor müdiri, şöbə müdiri işləyib, 2019-cu ildən isə Mərkəzin direktorudur. Rektorla hər hansı qohumluğu yoxdur”.

DİGƏR XƏBƏRLƏR

Top