
Qudalar arasında yaranan mübahisə ölümlə sona çatıb.
Yeniavaz.com xəbər verir ki, hadisə Goranboyda baş verib. Rayonun Buzluq kənd sakini 65 yaşlı Əmrastan Nağıyev özündən 10 yaş kiçik qudası Fərrux Qasımovu idarə etdiyi minik maşını ilə qəsdlə vurub. Ağır bədən xəsarətləri alan 55 yaşlı kişi hadisə yerində dünyasını dəyişib. Məlumata görə, qohumlar arasında mübahisələr tez-tez baş verirmiş. Qeyd edək ki, rayonun ucqar dağ kəndi Buzluq sakinləri olan hər iki şəxs quda olmaqla yanaşı həm də yeznə, qayın olublar.
Faktla bağlı araşdırmalar davam etdirilir.
Esmira Hidayətova, Goranboy