Ceyhun Bayramov Polşanın XİN rəhbəri ilə görüşüb


Sentyabrın 22-də BMT Baş Assambleyasının 76-cı sessiyası çərçivəsində xarici işlər naziri Ceyhun Bayramov Polşadan olan həmkarı Zbiqnyev Rau ilə görüşüb.

XİN-dən Yeniavaz.com-a verilən məlumata görə, görüşdə nazir Ceyhun Bayramov həmkarına 44 günlük Vətən müharibəsi nəticəsində bölgədə yaranmış yeni reallıqlar və cari regional təhlükəsizlik vəziyyəti, 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatın icrasından bəhs edərək, Azərbaycanın beynəlxalq hüquq çərçivəsində öz gücü hesabına torpaqlarını Ermənistanın işğalından azad edərək BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinin icrasını təmin etdiyini vurğuladı. O, ölkəmizin bölgədə uzunmüddətli sülhün və sabitliyin təmin olunmasında maraqlı olduğunu, bu istiqamətdə lazımi addımları atdığını qeyd etdi və Azərbaycanın işğaldan azad olunmuş ərazilərdə bərpa və quruculuq işlərinə başladığını həmkarının diqqətinə çatdırdı.

Nazir Ceyhun Bayramov Ermənistanın hələ də bölgədə sabitliyə əngəl yaratdığını və təxribatlarını davam etdirdiyini söylədi və Ermənistanın törətdiyi təxribatlar barədə həmkarını məlumatlandırdı.

Ölkəsinin Azərbaycanla əlaqələrin inkişafında maraqlı olduğunu vurğulayan Zbiqnyev Rau bölgədə sülhün və sabitliyin təmin olunmasının vacibliyini qeyd edib. O, Azərbaycanın Polşa üçün mühüm tərəfdaş olduğunu və fəaliyyəti müddətində bu münasibətlərin bütün sahələrdə inkişaf etdirilməsi üçün səylərini əsirgəməyəcəyini bildirib.

DİGƏR XƏBƏRLƏR

Top