İspaniyada evlər lavaların altında qalır


İspaniyanın cənub qərbində yerləşən Kanar adalarında vulkan püskürməsi 20 evin tamamən məhv olmasına, xeyli sayda evin isə qismən zərər görməsinə səbəb olub. 
Yeniavaz.com
xarici KİV-ə istinadən xəbər verir ki, mütəxəssislər vulkan püskürməsinin yaxın günlərdə də davam edəcəyini bildirib. 
Qeyd olunur ki, ötən gecə 3,8 bal gücündə baş verən zəlzələdən sonra vulkanın bir ağzı daha açılıb. Bundan sonra həmin vulkandan püskürən lava da ətrafa yayılmağa başlayıb və bu təhlükənin miqyasını artırıb.
Qeyd edək ki, vulkan püskürməsi artıq bir neçə gündür davam edir. Təbii fəlakət səbəbilə minlərlə insan yaşadığı ərazidən köçürülüb.

DİGƏR XƏBƏRLƏR

Top