ABŞ rəsmilərinin bu həftə Azərbaycan və Ermənistanda görüşləri baş tutacaq – KİV


ABŞ dövlət departamentinin rəsmi nümayəndəsi Azərbaycan və Ermənistanda görüşlər keçirəcəklərini açıqlayıb.
Yeniavaz.com
 "news.am"a istinadla xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin yüksək vəzifəli rəsmisi Nyu-Yorkda BMT Baş Məclisinin iclası vaxtı keçirdiyi mətbuat konfransında deyib. O xatırladıb ki, ABŞ-ın vasitəçiliyi ilə minalanmış Azərbaycan ərazilərinin  xəritələri erməni əsirlərlə dəyişdirilib:
 “İndi əsas məsələlərdən biri budur ki, ABŞ-ın, Minsk qrupunun, Türkiyənin və ya digər hər hansı bir ölkənin dəstəyi ilə bənzər addımlar atıb iki ölkə arasındakı gərginliyi daha da azalda bilərikmi? Bu həftə Azərbaycan tərəfi ilə daha sonra da Ermənistanla görüşlər planlaşdırmışıq”.
Xatırladaq ki, bir müddət əvvəl Azərbaycanın işğaldan azad edilmiş ərazilərində düşmən tərəfindən yerləşdirilən minaların xəritələri müqabilində erməni əsirlər geri qaytarılmışdı.

 

DİGƏR XƏBƏRLƏR

Top