
İsveçrənin Cenevrə şəhəri ictimai yerlərdə reklam lövhələrini qadağan etməyə hazırlaşır.
Yeniavaz.com “CNN Türk”ə istinadla xəbər verir ki, İsveçrənin Cenevrə şəhərində reklam lövhələri ilə bağlı qərar qəbul edilib. Dörd il əvvəl başladılan layihə nəticəsində şəhər məclisi ictimai yerlərdə reklam lövhələrini qadağan etməyə hazırlaşır. Qadağanın 2025-ci ildən etibarən tətbiq ediləcəyi gözlənilir. Bu qərarla Cenevrə reklam lövhələrini qadağan edən dünyanın üçüncü şəhəri olacaq. Qeyd edək ki, bundan əvvəl Fransanın Qrenobul və Hindistanın Çennay şəhərlərində ictimai yerlərdə reklam lövhələri qadağan edilmişdi.