Rusiyada "An-26" təyyarəsi radardan itdi


Rusiyanın Xabarovsk vilayətində "An-26" tipli təyyarə radarlardan itib.
Yeniavaz.com
"Lenta.ru"ya istinadən xəbər verir ki, bu barədə Rusiya Hava Nəqliyyatına Nəzarət Xidməti məlumat yayıb. Hadisə Xabarovskdan 40 kilometr aralıda baş verib. Hazırda təyyarənin axtarışı həyata keçirilir.
Hadisə zamanı təyyarənin göyərtəsində 22 sərnişin və 6 ekipaj üzvü olub. Hadisənin dəqiq səbəbləri müəyyələşdirilməyib.
Aviaşirkət də məsələyə münasibət bildirib. Qeyd olunur ki, təyyarə 1 həftə əvvəl texniki baxışdan keçirilib.
Hazırda hadisəyə əsas səbəbi kimi ekipaj üzvlərinin səhvi göstərilir.

DİGƏR XƏBƏRLƏR

Top