Putinin KTMT-yə nümayəndə təyin etdiyi erməni kimdir?


Rusiya prezidenti Vladimir Putinin sərəncamı ilə Mikael Ağasandyan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında (KTMT) Rusiyanın daimi və səlahiyyətli nümayəndəsi təyin edilib.
Yeniavaz.com
“Sputnik Armenia”ya istinadla xəbər verir ki, Mikael Ağasandyan 1970 -ci ildə anadan olub.
O, bundan əvvəl Rusiya Federasiyası Xarici İşlər Nazirliyinin xüsusi tapşırıqlar üzrə səfiri vəzifəsini tutub. Ömrünün çox hissəsini diplomat olaraq fəaliyyət göstərib. Rusiya Xarici İşlər Nazirliyinin Beynəlxalq Təşkilatlar Departamentinin müdiri müavini vəzifəsində çalışıb.

DİGƏR XƏBƏRLƏR

Top