Nazirliyin 3 böyük tenderi bu şirkətə verildi – 19,4 milyon manat


Səhiyyə Nazirliyi tərəfindən keçirilən tender müsabiqəsinin qalibi "Arash Medical Company" QSC (VÖEN- 1402018961) olub.
Yeniavaz.com
xəbər verir ki, "Arash Medical Company" QSC Səhiyyə Nazirliyinin sifarişi əsasında Qəbələ Rayon Mərkəzi Xəstəxanasını, 2 nömrəli Sumqayıt Şəhər Xəstəxanasının yeni binasını və Bakı şəhərindəki 2 nömrəli Doğum evini tibbi avadanlıqlarla təchiz edəcək.
Görüləcək işlərin qarşılığında Səhiyyə Nazirliyi "Arash Medical Company" QSC-yə ümumilikdə 19 milyon 426 min 498 manat 60 qəpik ödəyəcək.
Onu da bildirək ki, nizamnamə kapitalı cəmi 2000 manat olan MMC-nin hüquqi ünvanı “Bakı şəhəri, Nəsimi rayonu, Abdulvahab Salamzadə, ev 26”-da yerləşir. MMC-nin qanuni təmsilçisi Məmmədov Kamran Abid oğludur.

DİGƏR XƏBƏRLƏR

Top