Haitidə 37 ildən sonra ilk dəfə donuz virusu xəstəliyi yayılmağa başladı


Dünya Heyvan Sağlamlığı təşkilatı Haitidə, ölümcül donuz virusu olan Afrika donuz qızdırmasının yayıldığını bildirib. 
Yeniavaz.com
xarici KİV-ə istinadən xəbər verir ki, Dünya Heyvan Sağlamlıq təşkilatı Haitidə 37 ildən sonra ölümcül donuz xəstəliyi olan Afrika donuz qızdırmasının ilk dəfə yayıldığını açıqlayıb. Afrika donuz qızdırmasının ABŞ-a da çatacağı ehtimal edilir. Bu səbəblə ABŞ-ın donuz əti ixracını müvəqqəti olaraq dayandıracağı deyilir. 
Qeyd edək ki, xəstəlik üç il əvvəl Çində sürətlə yayılaraq bir il ərzində ölkədəki donuz sürüsünün yarısını məhv etmişdi.

DİGƏR XƏBƏRLƏR

Top