Sığorta yığımlarının 59%-i bu şirkətin payına düşüb


Bu ilin yanvar-avqust ayları ərzində ölkədə fəaliyyət göstərən 20 sığorta şirkəti tərəfindən yığılan 580 milyon 597 min manat məbləğində sığorta haqqının yarıdan çoxunu - 58,6%-i "Paşa Həyat Sığorta" və "Paşa Sığorta" şirkətləri toplayıb. 
Yeniavaz.com
açıqlanan məlumatlara istinadən bildirir ki, "Paşa Həyat Sığorta" və "Paşa Sığorta" şirkətlərinin topladığı sığorta haqqı 340 milyon 95 min manat olub.
Digər 20 şirkət arasında ən çox sığorta haqqı toplayan şirkətlərin ilk 4-lüyünü 49,4 milyon manatlıq yığımla Dövlət Sığorta Kommersiya Şirkəti,  31,3 milyon manatlıq yığımla "Atəşgah Həyat” və 27,9 milyon manatlıq yığımla "Qala Sığorta" şirkətləri tamamlayır.
Rəqəmlərdən də göründüyü kimi sığorta bazarının 77%-i adları qeyd olunan 4 şirkətin əlində cəmlənib. 
Ən az sığorta haqqı toplayan şirkətlər isə 306 min manatlıq yığımla "Meqa Həyat Sığorta” və 1 milyon 563 min manatlıq yığımla "Naxçıvansığorta" şirkətləri olub.
Sığorta şirkətlərinin son 3 ilin yanvar-avqust aylarındakı yığım və ödənişlərini təqdim edirik:

DİGƏR XƏBƏRLƏR

Top