Zelenskinin köməkçisinin maşınına silahlı hücum edildi - FOTO


Ukrayna prezidenti Vladimir Zelenskinin köməkçisi Sergey Şefirin maşınına silahlı hücum edilib. 
Yeniavaz.com
xarici KİV-ə istinadən xəbər verir ki, hadisə ilə bağlı Ukrayna polisi məlumat verib. Prezidentin köməkçisi Sergey Şefir yaralanmasa da onun sürücüsü silahlı insident vaxtı yaralanıb. 
Polisin açıqlamasına görə, hadisə paytaxt Kiyevin yaxınlığında yerləşən Lesniki kəndində baş verib. Maşına 10-dan çox güllə dəyib.
Qeyd edək ki, əvvəlcə Şefirin yaralandığı bildirilsə də, daha sonra təkzib olunub.

DİGƏR XƏBƏRLƏR

Top