Etibar Pirverdiyevin oğlu “Porsche” ilə “avtoş”luq etdi: DİN araşdırmalara başladı - VİDEO


Bakıda sürət həddini aşan sürücü yolda təhlükəli anlar yaşadıb. 
99-EP-009 dövlət nömrə nişanlı “Porsche” markalı avtomobilin sürücüsü sentyabrın 20-i paytaxtın hava limanı yolunda hərəkət edən zaman sürət həddini aşıb. Avtomobilin sürəti o qədər yüksək olub ki, bir neçə saniyəyə gözdən itib.
Yeniavaz.com xəbər verir ki, avtosfer.az-ın araşdırmasına görə, “Porsche”nin sürücüsü “Azərenerji”nin sabiq rəhbəri Etibar Pirverdiyevin oğlu Elvin Pirverdidir.


Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polis polkovniki Vaqif Əsədov hazırda yayılan görüntülərlə bağlı araşdırma başlanıldığını bildirib:
“Nəqliyyat vasitəsinin aşkar edilməsi və sürücünün kimliyi ilə bağlı tədbir görülür”.

 

DİGƏR XƏBƏRLƏR

Top