Azərbaycanda bank işçilərinin sayı artıb


Bu ilin sentyabr ayının əvvəlinə olan məlumata görə Azərbaycanda fəaliyyət göstərən 26 bankda 19 min 344 nəfər işçi çalışır.
Yeniavaz.com
-un açıqlanan rəsmi məlumatlara istinadən apardığı hesablama göstərir ki, ötən ilin eyni dövrü ilə müqayisədə bank işçilərinin sayı 4,6% və ya 855 nəfər artıb. 
Son bir ildə dövlət və özəl banklarının sayı dəyişməz qalıb.
Ötən ilin sentyabr ayının əvvəlində olduğu kimi, bu ilin sentyabr ayının əvvəlində də ölkədə 2 dövlət bankı, 24 özəl bank olub. Xarici kapitallı bankların sayı 12 olub. 
Hesabat dövrü ərzində bank filiallarının sayı 440-dan 466-ya yüksəlib, bank şöbələrinin sayı 116-dan 103-ə düşüb.
Onu da bildirək ki, bank şöbələrinin sayı azalsa da onlara məxsus ATM-lərinin sayı son bir ildə 2 min 608-dən 2 min 844-ə yüksəlib.

DİGƏR XƏBƏRLƏR

Top