BMT iclasında Braziliya səhiyyə nazirinin COVID-19 testi pozitiv çıxdı


Birləşmiş Millətlər Təşkilatının (BMT) Nyu-Yorkda təşkil olunan 76-cı Baş Assambleyasında Braziliyanın səhiyyə naziri Marselo Quiroqanın koronavirus testi pozitiv çıxıb. 
Yeniavaz.com
xarici KİV-ə istinadən xəbər verir ki, açıqlamada ölkənin digər nümayəndə heyətinin testinin neqativ çıxdığı vurğulanıb. Məsələyə Braziliya hökuməti də münasibət bildirib. Onlar hazırda Quiroqanın vəziyyətinin normal olduğunu və onun təcrid olunmuş şəkildə Nyu-Yorkda qalacağını da qeyd ediblər.

DİGƏR XƏBƏRLƏR

Top