Elnur Əşrəfoğlunun son vəziyyəti açıqlandı


Koronavirusa yoluxan Azərbaycan Cüdo Federasiyasının (ACF) baş katibinin müavini, tanınmış idman şərhçisi Elnur Əşrəfoğlunun vəziyyəti kritik olaraq qalmaqdadır.

Yeniavaz.com xəbər verir ki, bunu Trend-ə jurnalistin qardaşı Rəşad Şükürov deyib.

O bildirib ki, jurnalistin vəziyyəti ağır stabildir: “Ağciyər göstəricilərində müsbətə doğru dəyişikliklər olmadığı üçün o, ECMO cihazına qoşulub”

Qeyd edək ki, Elnur Əşrəfoğlu sentyabrın əvvəllərində koronavirusa yoluxub. Əvvəlcə ev şəraitində müalicə alan jurnalist daha sonra "Yeni Klinika"ya köçürülüb.

DİGƏR XƏBƏRLƏR

Top