MDB ölkələrində orta aylıq əmək haqqı nə qədərdir? - SİYAHI


Müstəqil Dövlətlər Birliyinə (MDB) daxil olan ölkələr arasında nominal orta aylıq əmək haqqına görə hər zaman olduğu kimi bu dəfə də Rusiya ilk sırada qərarlaşıb.
Yeniavaz.com MDB-yə üzv olan dövlətlərin rəsmi qurumları tərəfindən açıqlanan sonuncu statistik göstəricilərə istinadən bildirir ki,  Rusiyada orta aylıq əmək haqqı 807 dollara (58 min 782 rubl) bərabər olub.
Rusiyadan sonra ikinci sırada Qazaxıstan qərarlaşıb. Bu ölkədə orta aylıq əmək haqqı 591 dollar (251 min 508 tengə) olub.
Azərbaycan bu siyahıda 5-ci sırada yer alıb. Azərbaycanda orta aylıq əmək haqqının məbləği 428 dollar (728,5 manat) olub.
Ermənistanda isə orta aylıq nominal əmək haqqı Azərbaycanla müqayisədə 1 dollar az olub. Ermənistanda orta aylıq əmək haqqının məbləği 427 dollar (206 297 dram) olub.
MDB-nin digər ölkələrinə gəldikdə isə orta aylıq əmək Belarusda 589 (1 472 rubl), Ukraynada 537 (14 min 345 qrivna), Qırğızıstanda 244 (20 min 715 som), Özbəkistanda 250 (2 min 673 som), Tacikistanda isə 136 dollara (1 535 somoni) bərabər olub.
Ölkələr Əmək haqqı
Rusiya 807 $  (58 782 rubl)
Qazaxıstan 591 $  (251 508 tengə)
Belarus 589 $  (1 472 rubl)
Ukrayna 537 $  (14 345 qrivna)
AZƏRBAYCAN 428 $  (728,5 manat)
Ermənistan 427 $  (206 297 dram)
Qırğızıstan 244 $  (20 715 som)
Özbəkistan 250 $  (2673 som)
Tacikistan 136 $  (1 535 somoni)

DİGƏR XƏBƏRLƏR

Top