Ermənistan Ukraynaya şokolad ixracını artırıb


Ermənistandan Ukraynaya illik şokolad ixracı 1,2 milyon dollara çatıb.
Yeniavaz.com
“Sputnik Armenia”ya istinadla xəbər verir ki, bu sözləri İrəvan Şokolad fabrikinin qurucusu Sos Saakyan deyib. Onun sözlərinə görə, son dövrlərdə Ukrayna ilə Ermənistan arasında şokolad, peçenye, vafli idxal və ixracı artıb. Belə ki, hazırda hər il Ermənistandan Ukraynaya 1,2 milyon dollarlıq, Ukraynadan Ermənistana isə 5 milyon dollarlıq şokalad ixrac edilir. 
Saakyan eynilə Polşa ilə də şokolad ticarətinin artdığını deyib. Polşanın hər il Ermənistana 2 milyon dollar dəyərində şokolad ixrac etdiyi vurğulanıb.

DİGƏR XƏBƏRLƏR

Top