Müəllimlər otağına toplaşma məhdudlaşdırılacaq


Təhsil müəssisələrində dərslərarası (məşğələlərarası) fasilələrdə təhsil alanların təmiz havada olmasına şərait yaradılacaq. 

Yeniavaz.com xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədovun “Xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikasında fəaliyyət göstərən təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin təşkilinin müvəqqəti Qaydaları”nda etdiyi dəyişiklikdə deyilir. 

Qərara əsasən, ali və orta ixtisas təhsili müəssisələrində sinif otaqlarından (auditoriyalardan) eyni vaxtda mövcud yerlərin 70 faizindən çox olmamaqla sanitariya və gigiyena qaydalarına riayət olunmaqla istifadə ediləcək. 

Müəllimlərin (professor-müəllim heyətinin) eyni zamanda, müəllim otağına (kafedraya) toplaşması məhdudlaşdırılacaq. 

DİGƏR XƏBƏRLƏR

Top