Ötən gün sosial şəbəkələrdə üzərində QR kodu olan və Fransa prezidenti Emmanuel Makrona məxsus olduğu bildirilən koronavirus pasportunun görüntüləri yayımlanıb.
Yeniavaz.com Fransa mətbuatına istinadən xəbər verir ki, pasportun orjinal olması artıq Yelizey sarayı tərəfindən təsdiqlənib.
Pasportun üzərində prezidentin 13 iyul 2021-ci il tarixində "Pfizer-BioNTech" peyvəndi vurdurduğu bildirilir. Pasportda həmçinin, Makronun anadan olduğu 21 dekabr 1977-ci il tarixi də yer almaqdadır.
Qeyd edək ki, bir neçə gün bundan öncə Fransanın baş naziri Jan Kasteksin də peyvənd pasportu sosial şəbəkələrdə yayılmışdı.