Əfqanıstandakı şiələr bu halda “Taliban”a qarşı müharibəyə başlayacaqlarını bildirdi


Əfqanıstandakı şiələr - Hazara camaatı “Taliban”ın onlara verdiyi vədi yerinə yetirmədiyi təqdirdə yenidən döyüşlərə başlayacaqlarını bildiriblər. 
Yeniavaz.com
xəbər verir ki, bunu “TASS”a Əfqanıstanın keçmiş vitse-prezidenti, ölkənin əsas etnik qruplarından olan Hazara icmasının lideri Məhəmməd Kərim Xəlili deyib.
“Taliban” ümumi xalqı əhatə etməyən hökumət qurub. Bu prosesin davam etməsi digər siyasi qüvvələr və etnik qruplar üçün qəbuledilməzdir. Şübhə yoxdur ki, belə bir vəziyyət taciklər və özbəklər üçün də dözülməz hala çevriləcək və onlar hazaralarla birlikdə döyüş meydanına qayıdacaqlar", - M.K.Xəlili qeyd edib.
Məhəmməd Kərim Xəlili həmçinin bildirib ki, hazaralar və digər xalqların nümayəndələri ən qısa müddətdə Əfqanıstanda qurulan yeni hökumətdə yerlərini almalıdırlar.

DİGƏR XƏBƏRLƏR

Top