Mingəçevir şəhər N.Ahəngari adına 13 №li tam orta məktəbdə 2021-2022-ci tədris ilinin ilk günü münasibətilə məktəbin direktoru D.İbrahimov məktəbə ilk dəfə qədəm qoyan birinciləri təbrik edib.
Yeniavaz.com xəbər verir ki, birinci dərs saatı "Qarabağ Azərbaycandır" mövzusuna həsr edilib.
Mingəçevir şəhərinin polis şöbəsinin əməkdaşları bütün məktəblərdə gücləndirilmiş nəzarət proflaktik-maarifləndirmə tədbirləri həyata keçiriblər.
Məktəblərin qarşısında ara məsafəsi xəttləri çəkilib, yeni yol nişanları quraşdırılıb.
Məktəbə gələn şagirdlərin hərarəti ölçülüb, əlləri dezinfeksiyaedici məhlulla yuyulub.
Şagirdlərə pandemiya ilə bağlı məlumatlar verilib.
Onlara yeni dərs ilində uğurlar arzulanıb.
Esmira Hidayətova, Mingəçevir