Çavuşoğlu ABŞ-ın dövlət katibi ilə Qarabağı müzakirə etdi


Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ABŞ-ın dövlət katibi Antoni Blinkenlə Qarabağ məsələsini müzakirə edib.
Yeniavaz.com
“TASS”a istinadla xəbər verir ki, hər iki dövlət rəsmisi arasında baş tutan görüş təxminən 1 saat davam edib. Görüş zamanı Azərbaycan və Ermənistan arasında baş verən son hadisələr, sərhədlərin müəyyənləşdirilməsi və Qarabağda ümumi vəziyyət müzakirə edilib. Tərəflərin həmçinin Suriya barədə də danışıqlar apardığı bildirlib.
Xatırladaq ki, ABŞ-da BMT Baş Assambleyasının 76 -cı sessiyası keçirilir. Ümumi debat 21-27 sentyabr tarixlərində davam edəcək.

DİGƏR XƏBƏRLƏR

Top