İlk dərs günü leysan yağacaq, dolu düşəcək, sel gələcək


Sentyabrın 22-si axşamdan 23-ü gündüzədək dağlıq və dağətəyi rayonlarda şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir.

Yeniavaz.com xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi, çaylarda suluğun artacağı, bəzi dağ çaylarından qısamüddətli sel kecəcəyi ehtimalı var.

Qərb küləyi arabir 18-23 m/s-dək güclənəcək.
Qeyd edək ki, bu gün Azərbaycanda fəaliyyət göstərən orta məktəblərin ibtidai (I-IV) siniflərində ənənəvi formada yeni dərs ili başlayır.

DİGƏR XƏBƏRLƏR

Top