Eynşteynin evindəki xalça ilə bağlı açıqlama: "99 faiz Təbriz xalçasıdır" – FOTO


Dünyaca məşhur fizika alimi, müasir nəzəri fizikanın yaradıcılarından biri, fizika üzrə Nobel mükafatı laureatı Albert Eynşyetnin Azərbaycanda sosial şəbəkələrdə yayılan fotosunda bir məqam diqqət çəkib.
Yeniavaz.com xəbər verir ki, alimin Berlindəki evində, kitab rəfinin qarşısında 1920-ci ildə çəkilmiş fotoda yerdə ornomentləri azərbaycanlılara yad olmayan xalça əks olunub. Bu da Eynşteynin evindəki xalçanın Azərbaycan xalça mədəniyyətinin nümunələrindən ola biləcəyi ehtimalını ağıllara gətirib.
Məsələ ilə bağlı dünyaca məşhur azərbaycanlı xalçaçı-rəssam, Azərbaycanın Xalq rəssamı, SSRİ Rəssamlar İttifaqının, Rusiya Rəssamlar İttifaqının və UNESCO yanında Rəssamlar Birliyinin üzvü, Azərbaycan manatının ilk eskizlərinin müəllifi Eldar Mikayılzadə Yeniavaz.com-a açıqlama verib və fotodakı xalçanın böyük ehtimalla Təbriz xalçası olduğunu bildirib: “99 faiz Təbriz xalçasıdır. Yüz faiz deməyə bir az vaxt lazımdır”.

DİGƏR XƏBƏRLƏR

Top