ABŞ bu görüntülərlə bağlı araşdırma başlatdı – VİDEO


ABŞ-ın Daxili Təhlükəsizlik Departamenti ölkədə haitili miqrantların səhrəf mühafizəçiləri tərəfindən döyüldüyünü əks etdirən görüntülərlə bağlı araşdırma başladıb.
Yeniavaz.com
“Washington Post”a istinadla xəbər verir ki, bir müddət əvvəl Haitidən gələn miqrantların at belində ABŞ sərhədçiləri tərəfindən döyülməsilə bağlı görüntülər yayılmışdı. Məsələ ilə bağlı açıqlama yayan ABŞ-ın Daxili Təhlükəsizlik Departamenti görüntülərlə bağlı hərəkətə keçdiklərini bildirib:
“Daxili Təhlükəsizlik Departamenti nəzarətimizdəki miqrantların təhqir edilməsinə göz yummur və bu iddialara çox ciddi yanaşır. Görüntülər son dərəcə narahatlıq verir. Sürətlə aparılacaq tam araşdırmadan sonra müvafiq intizam tədbirləri təyin edəcəyik".

DİGƏR XƏBƏRLƏR

Top