Aqşin Kamala yeni vəzifə verildi


Bakı Ali Neft Məktəbinin (BANM) İctimaiyyətlə əlaqələr şöbəsinə yeni təyinat olub.
Yeniavaz.com
xəbər verir ki, BANM-ın rektoru Elmar Qasımovun müvafiq əmri ilə Aqşin Kamal Ali Məktəbin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi vəzifəsinə təyin olunub.
Tələbəlik illərindən müxtəlif televiziya və dövri mətbuatda jurnalist kimi çalışıb. 2006-cı ildən 2012-ci ilədək Lider televiziyasında Xəbərlər departamentində fəaliyyət göstərib. 2012-2020-ci illərdə isə Xəzər televiziyasında şöbə müdiri, Xəbərlər departamentində redaktor, aparıcı və telekanalın sözçüsü vəzifələrində çalışıb.
Aqşin Kamal 2015 - ci ildə Azərbaycanda KİV - in inkişafındakı xidmətlərinə görə Prezident İlham Əliyevin sərəncamı ilə “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilib.

DİGƏR XƏBƏRLƏR

Top