“Kreml Türkiyənin Krımla bağlı mövqeyindən təəssüflənir və ümid edir ki, zaman keçdikcə Ankara fikirlərini dəyişəcək”.
Yeniavaz.com “Ria Novosti”yə istinadla xəbər verir ki, bu sözləri Kremlin sözçüsü Dmitri Peskov deyib. O bildirilib ki, Rusiya bu cür açıqlamaları qəbul etmir: “Krım mövzusu, mövqelərimizin bir-birindən çox fərqləndiyi bir mövzudur. Ümid edirik ki, vaxt ötdükcə siyasi iradə göstəriləcək və Türkiyə bu mövqeyini dəyişəcək”.