Bu məktəbdə dərslər ikinövbəli keçiriləcək


Sosial şəbəkələrdə 20 nömrəli məktəb-liseydə dərslərin ikinövbəli olmasına dair valideyn müraciəti yayılıb.

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən (BŞTİ) Yeniavaz.com-a verilən məlumata görə, məktəblərdə siniflərin növbələri müəyyənləşdirilərkən Pedaqoji Şura tərəfindən məktəbin iş rejimi, şəraiti və sinif otaqlarının sayı nəzərə alınıraraq qərar verilir:
“Mövcud sanitar-epidemioloji vəziyyətlə əlaqədar yoluxma hallarının qarşısının alınması, sıxlığın yaranmaması məqsədilə 20 nömrəli məktəb-liseydə də tədrisin ikinövbəli şəkildə həyata keçirilməsi barədə qərar verilib.
Mövcud sıxlığın qarşısını almaq və tədrisin normal təşkili məqsədilə ikinövbəli sistem zərurətdən irəli gələn seçimdir və ənənəvi olaraq dünya praktikasında da tətbiq edilir.
Xüsusilə indiki pandemiya şəraitində bu, ilk növbədə şagirdlərin sağlamlığı və pedaqoji kollektivin müvafiq qaydalara daha dolğun əməl etməsinə şərait yaratmaq məqsədlərinə xidmət edir”.
Qurumdan qeyd edilib ki, dövlət tərəfindən təhsilverənlərin və təhsilalanların sağlamlıqlarının qorunmasına yönəlmiş tədbirlərə valideynlər də dəstək verməlidir.

DİGƏR XƏBƏRLƏR

Top