Qızılağac qoruğundakı yanğını niyə söndürmək olmur? - AÇIQLAMA + VİDEO


Qızılağac Dövlət Təbiət Qoruğunda yanğın hadisəsi baş verib.
Bu barədə videgörüntülər sosial şəbəkələrdə yayılıb.
Yeniavaz.com oxu.az-a istinadla xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəisi Firuddin Əliyev artıq milli parkda iki gündür ki, yanğın hadisəsinin davam etdiyini bildirib:
“Yanğının söndürülməsinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri, ETSN-nin əməkdaşlar cəlb olunub”.
O qeyd edib ki, beş ağır texnika ərazidə mineral zolaqların çəkilməsi, yanğının geniş ərazilərə yayılmaması üçün işlərini davam etdirilər. Zəif küləyin müşahidə olunması, ərazinin quru otlarla əhatə olunması yanğının söndürməsinə çətinlik yaradır:
“Ərazidə irigövdəli ağaclar yoxdur. Su bataqlıq ərazi olduğu üçün ağır texnikanın yanğına müdaxilə etməsi çətinlik yaradır. İlkin məlumata görə, yanğının əhatə etdiyi ərazi 10 hektardan çoxdur. Hazırda yanğının söndürülməsi istiqamətində işlər davam etdirilir”.

DİGƏR XƏBƏRLƏR

Top