Sudan hökuməti bu səhər ölkədə uğursuz dövlət çevrilişinə cəhd edildiyini bildirib.
Yeniavaz.com xarici KİV-ə istinadən xəbər verir ki, sözügedən hökumət nümayəndələri bildirib ki, edilmiş hücumun qarşısı alınıb və hər şey onların nəzarəti altındadır.
Həmçinin sosial şəbəkələrdə paylaşılan bir sıra video və fotoşəkillərdə tankların və silahlı əsgərlərin küçələrdə dolaşdığı görülür.
Qeyd edək ki, çevriliş cəhdinin arxasında keçmiş prezident Ömər əl-Bəşir rejiminin bir qrup funksioneri və tərəfdarları dayanır. Bir neçə zabit artıq saxlanılıb. Qiyamçılar xüsusilə dövlət radiostansiyasının binasını ələ keçirməyə çalışsalar da, bunu bacarmayıblar.