İspaniyada güclü vulkan püskürməsi səbəbilə minlərlə insan təxliyyə edildi


İspaniyanın Kanar adalarının La Palma adasında bazar günü başlayan vulkan püskürməsi 5500 adamın təxliyə edilməsinə və ən azı 100 evin dağılmasına səbəb olub.
Yeniavaz.com
xarici KİV-ə istinadla xəbər verir ki, ölən və yaralananlar barədə hələlik heç bir məlumat yoxdur. Püskürmədən bir neçə saat əvvəl vulkanın ətrafındakı seysmik aktivlikdə böyük bir artım olduğu müşahidə edilib. 50 ildən sonra Kanar adalarında ilk dəfə baş verən püskürmədən çıxan lava dənizə axır. Nəticədə ətrafı tüstü bürüyüb. Rəsmilər püskürmənin bir neçə gün davam edəcəyini deyiblər.
 

DİGƏR XƏBƏRLƏR

Top