Daha bir ölkədə dövlət çevrilişinə cəhd oldu


Sudanda dövlət çevrilişinə cəhd olub.
Yeniavaz.com
xəbər verir ki, bu barədə "Al Arabiya" telekanalı məlumat yayıb. Ölkənin paytaxtında tankların küçəyə çıxdığı ancaq çevrilişə cəhdin uğursuz olduğu bildirilib.
Verilən ilkin məlumata görə, çevriliş cəhdinin arxasında keçmiş prezident Ömər əl-Bəşir rejiminin bir qrup funksioneri və tərəfdarları dayanır. Bir neçə zabit artıq saxlanılıb. Qiyamçılar xüsusilə dövlət radiostansiyasının binasını ələ keçirməyə çalışsalar da, bunu bacarmayıblar.
Xatırladaq ki, bir neçə həftə əvvəl Qvineyada dövlət çevrilişi baş vermiş, prezident həbs edilmişdi.

DİGƏR XƏBƏRLƏR

Top