
ABŞ Suriyanın İdlib şəhərində "Əl-Qaidə" terror təşkilatının liderlərindən birinin olduğu bölgəyə hava zərbəsi endirib.
Yeniavaz.com xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə ABŞ Müdafiə Nazirliyinin sözçüsü Con Kirbi məlumat verib. Kirbi bildirib ki, hava zərbəsi gözlənilən kimi uğurlu alınıb. O həmçinin hücum zamanı heç bir mülki itkinin olmamasını da diqqətə çatdırıb.
Kirbi həmin terrorçunun kimliyi ilə bağlı heç bir məlumat verməyib.