Oğuzda ər arvadını döyərək öldürüb


Oğuzda ər arvadını döyərək öldürüb.
Yeniavaz.com
APA-ya istinadla xəbər verir ki, hadisə ötən gün axşam saatlarında rayonun Böyük Söyüdlü kəndində baş verib.
Kənd sakini, 1958-ci il təvəllüdlü Vaqif Aslan oğlu Mustaqov ilə həyat yoldaşı, 1957-ci il təvəllüdlü Gülgəz Abdurəhman qızı Mustaqova arasında ailə münaqişəsi zəminində mübahisə düşüb.
Mübahisə zamanı V. Mustaqov həyat yoldaşı G. Mustaqovanı döyüb. G. Mustaqova aldığı müxtəlif dərəcəli xəsarətlərlə Oğuz Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Həkimlərin səyinə baxmayaraq, G. Mustaqova bu gün səhər saat 06:00 radələrində aldığı xəsarətlərdən xəstəxanada ölüb.
Oğuz rayon hüquq-mühafizə orqanı əməkdaşlarının keçirdiyi əməliyyat nəticəsində hadisəni törətməkdə şübhəli sayılan ər V. Mustaqov saxlanılıb.
Faktla bağlı Oğuz rayon prokurorluğunda araşdırma aparılır.

DİGƏR XƏBƏRLƏR

Top